Bakıda metrostansiyaların sayı 76-a çatdırılacaq

Avtoxəbər 24 Aprel 2014 00:00 Oxunub 1836
Bakıda metrostansiyaların sayı 76-a çatdırılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Badamdar, Zığ, Binəqədi, Yeni Yasamal, Bakıxanov, Bibiheybət, Keşlə, Qaraçuxur, Yeni Günəşli metrostansiyalar inşa olunacaq"

Bakıda metrostansiyaların sayı 76-a çatdırılacaq. Bu barədə Movqe.az-a "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki,  daha bir yenilik isə metroda daha üç xətin, mavi, bənövşəyi, sarı xətlərin açılması olacaq: "Hazırda Bakı metrosunda Həzi Aslanov-İçərişəhər qırmızı, Dərnəgül-Xətai yaşıl xətin üzərində fəaliyyət göstərir. Tikiləcək stansiyaların depoları indiki kimi 5 deyil, 7 vaqon tutumuna malik olacaq. Bakı metrosunun yaxın 20 illik inkişaf planına yeni stansiyaların inşası ilə yanaşı, istismarda olan stansiyaların bəzisinin yenidən qurulması da daxildir. Həmin plana əsasən Badamdar, Zığ, Binəqədi, Yeni Yasamal, Bakıxanov, Bibiheybət, Keşlə, Qaraçuxur, Yeni Günəşli metrostansiyalar inşa olunacaq".

Qeyd edək ki, hazırda metrostansiyaların sayı 23-dür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh