Məşhur şirkətin 60 min avtomobili xarab çıxdı

Yarışma 10 Oktyabr 2014 16:17 Oxunub 1844
Məşhur şirkətin 60 min avtomobili xarab çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Amerikanın “General Motors” şirkəti 60 min avtomobili geri çağırıb

“General Motors” Şimali Amerika bazarlarından daha 60 min avtomobilini geri çağırıb. Ümumilikdə “General Motors” ilin əvvəlindən 30 milyon maşını geri çağırmalı olub. Buna səbəb isə əsasən alışma sistemindəki problemlər olub. Geri çağırılan avtomobillərin içərisində 47 min 2008 və 2009-cu ilin sedan “Pontiac G8” modelləri və 2010-2015-ci il “Chevrolet Caprice” modelləridir. Şirkətin bəyanatında bildirilib ki, bu avtomobillərdə alışma kilidində nöqsan var. Əgər sürücü bilmədən ayağı ilə açara toxunsa, bu, açarın qəfil çevrilməsinə səbəb ola bilər.

Xatırladaq ki, bu ilin əvvəlində “General Motors” ətrafında qalmaqal yaranmışdı. Fevral və martda alışma sistemindəki defektə görə şirkət bütün dünya üzrə 2,6 milyon avtomobili geri çağırmaq qərarına gəlmişdi. Sonradan bəlli olub ki, şirkət işçiləri nasazlıq haqqında 2001-ci ildən xəbədar idilər. Bundan başqa, “General Motors” oktyabrın 3-ü 117,7 min avtomobilin geri çağırılması haqqında elan verib. Belə ki, şassi idarəetmə sistemindəki nasazlığa görə qəza baş verə bilər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh