Polis 10-LZ-100 nömrəli maşını cərimə meydançasına apardı

Avtoxəbər 24 Aprel 2014 00:00 Oxunub 2102
Polis 10-LZ-100 nömrəli maşını cərimə meydançasına apardı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun sahibi sürücülük hüququndan məhrum edilib

Millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus 10-LZ-100 dövlət nömrə nişanlı "Nissan Skyline GT-R35" avtomobili hazırda cərimə meydançasındadır və onun sahibi sürücülük hüququndan məhrum edilib. "Novosti Azerbaydjana” saytı xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, həmin avtomobil etibarnamə əsasında paytaxt sakini Elxan İbrahim oğlu Əliyevə məxsusdur.

 

Qeyd edək ki, millət vəkili Elton Məmmədov bahalı maşının oğlu Aynara deyil, Zaur Bağırov adlı bir şəxsə məxsus olduğunu bildirmişdi. Deputat həmçinin Zauru tanımadığını da qeyd etmişdi. Daha sonra məlum oldu ki, Zaur Bağırov millət vəkilinin oğlu Aynar Məmmədovun ən yaxın dostudur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh