Texniki baxışın rüsumu dəyişə bilər

Xəbərlər 10 Oktyabr 2014 20:48 Oxunub 1609
Texniki baxışın rüsumu dəyişə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bununla bağlı Hesablama Palatası Nazirlər Kabinetinə təklif verib

Avtomobillərin illik texniki baxışdan keçirilməsinə görə tutulan rüsum dəyişə bilər. Avtosfer.az-ın Hesablama Palatasına istinadən verdiyi məlumata görə, bununla bağlı Palata Nazirlər Kabinetinə təklif verib. Dövlət büdcəsinə dövlət rüsumlarından daxilolmaların tərkibində xüsusi çəkiyə malik olan, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə tutulan dövlət rüsumunun məbləği Nazirlər Kabinetinin  qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vahid büdcə təsnifatında büdcə gəlirlərinin 142216 nömrəli təsnifat kodunda rüsumlardan daxilolmaların tərkibində xüsusi çəkiyə malik olan digər dövlət rüsumu - Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə görə tutulan dövlət rüsumu ilə birlikdə göstərilir. Bu isə ayrı-ayrılıqda xüsusi çəkisi əhəmiyyətli səviyyədə olan göstərilən mənbələrdən büdcə daxilolmalarının proqnozlaşdırılması və icrası barədə müvafiq rəylərin əsaslılığına təsir göstərir. Hesablama Palatası müvafiq olaraq vahid büdcə təsnifatında büdcə gəlirlərinin qeyd olunan təsnifat kodu üzrə daxilolmaların diferensiallaşdırılması və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə tutulan və dövlət büdcəsinə ödənilən dövlət rüsumlarının məbləğinin Azərbaycan Respublikasının vahid büdcə təsnifatında ayrı təsnifat kodu ilə göstərilməsi məqsədəuyğun hesab edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh