Gürcüstandan Azərbaycana maşın ixracı azalıb

Yarışma 10 Oktyabr 2014 18:59 Oxunub 1813
Gürcüstandan Azərbaycana maşın ixracı azalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötən ilin analoji dövrü ilə müqayisədə 52 faiz azalma var

Bu ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 182 129,1 min dollar dəyərində 13 790 minik avtomobili ixrac olunub. Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 461 avtomobil və ya 52,8% azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 32,8% azalıb.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 48,2% təşkil edib. Ölkənin bu kateqoriyadan olan ümumi ixracında isə Azərbaycanın xüsusi çəkisi 39,4% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 378 113,6 min dollar dəyərində məhsul ixrac edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh