Rüşvət videosundakı yol polisi danışdı: “Kiminsə güdazına getdim”

Avtoxəbər 8 Aprel 2014 00:00 Oxunub 2577
Rüşvət videosundakı yol polisi danışdı: “Kiminsə güdazına getdim”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dünən rüşvət alarkən videosu yayılan yol polisi işdən qovulub. Bu barədə həmin videoda görüntülənən polis mayoru Elman Əliyevin özü məlumat verib. E.Əliyev bildirib ki, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə işdən azad edilib: “Bilirsiniz, mən kiminsə güdazına getdim. Həmin video fevral ayının 13-də çəkilib. Çingiz adlı şəxsin polis inspektoru ilə mübahisəsi düşmüşdü, söyüş-filan olmuşdu. Ona görə də bu videonu ortaya atdılar”. Qeyd edək ki, DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Lent.az-a bildirib ki, Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsində Nazirliyin aidiyyəti idarələri tərəfindən aparılan xidməti təhqiqat başa çatıb və yekun rəy DİN rəhbərliyinə təqdim edilib. Həmin sənəd əsasında Daxili İşlər naziri Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəisi Elman Əliyev tabelikdəki əməkdaşların qanunçuluğa, DİN-in aidiyyəti normativ-hüquqi aktlarının tələblərinə riayət etmələrinə nəzarət etməli olduğu halda, özü korrupsiya hüquqpozmalarına yol verməklə tapşırılan sahənin işini təmin etmədiyinə və eyni zamanda daxili işlər orqanları əməkdaşı adına və polis nüfuzuna xələl gətirdiyi hərəkətlərə görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
ŞƏRH YAZ
Ad

E-mail

Şərh