Azad Rəhimovun 300 minlik… - SENSASİON İDDİA

Gündəm 12 Fevral 2017 12:09 Oxunub 1188
Azad Rəhimovun 300 minlik… - SENSASİON İDDİA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
London Olimpiadasında isə o ən güclü 45 çapar arasına belə düşə bilməyib

Azərbaycanan Atıcılıq Federasiyasının nəzdində olan Atçılıq Mərkəzindəki atlar və sahibləri haqqında yeni məlumatlar yayılmaqdadır. Avtosfer.az xəbər verir ki, bu barədə yenicaq.az-ın əldə etdiyi məlumata görə, mərkəzdəki ən bahalı atlardan biri Gənclər və İdman naziri Azad Rəhimova məxsusdur. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, nazir atının qiyməti təxminən 250-300 min manat dəyərindədir. Atın əsas çaparı isə olimpiya iştirakşısı Camal Rəhimovdur. Həmin atın ərəb atı olduğu da iddia olunur. Qeyd edək ki, Camal Rəhimov ölkəmizi iki dəfə Olimpiya Oyunlarında təmsil edib. Ancaq o heç bir nəticə verə bilməyib. London Olimpiadasında isə o ən güclü 45 çapar arasına belə düşə bilməyib. Məsələ ilə bağlı Azərbaycanan Atıcılıq Federasiyası ilə əlaqə saxlamağa çalışsaq da sualımıza cavab verən tapılmadı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh