2 uşağın ölümünə səbəb olan sürücünün məhkəməsi başladı

Yazarlar 17 Oktyabr 2014 15:40 Oxunub 1651
2 uşağın ölümünə səbəb olan sürücünün məhkəməsi başladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
24 yaşlı Pərviz Heydərov yol qəzasının törədilməsində günahkar bilinir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ikisi uşaq olmaqla 3 nəfərin ölümünə səbəb olan qəzanı törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Pərviz Heydərovun cinayət işi üzrə məhkəmə başlayıb. Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı oktyabrın 24-nə təyin olunub.

Qeyd edək ki, hadisə Suraxanı rayonu Hövsan-Zığ yolunda Pərviz Heydərov idarə etdiyi “İsuzu” markalı maşınla, 25 yaşlı Pünhan Ağayevin idarə etdiyi “VAZ 21-06” markalı maşın toqquşub. Nəticədə, Pərviz Ağayev və maşınında olan sərnişinlər – 13 yaşlı Şahnaz Əhmədova və 10 yaşlı Elmar Əhmədov yerindəcə keçiniblər. Uşaqların anası 36 yaşlı Könül Əhmədova və “İsuzu” markalı avtomobilin sürücüsü Pərviz Heydərov xəstəxanaya yerləşdiriliblər.

Aparılan araşdırma zamanı Pərviz Heydərov yol qəzasının törədilməsində günahkar bilinib və onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydasını pozmaqla ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh