DYP əməkdaşı əli qandallı vətəndaşı sinəsindən vurdu - VİDEO

Xəbərlər 25 Aprel 2014 00:00 Oxunub 2284
DYP əməkdaşı əli qandallı vətəndaşı sinəsindən vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən DYP əməkdaşının «Pələng balası» ləqəbilə tanındığı bildirilir

Sosial şəbəkələrdə «Sancaq» qrupu tərəfindən yol polisi ilə vətəndaşın münasibətlərini əks etdirən daha bir video yayılıb. Video Youtube-a aprelin 24-də yüklənib. Əlləri qandallı vətəndaş polislərin əhatəsində özünü müdafiə etməyə çalışır. Lakin polis əməkdaşları onu ələ salmağa başladıqda vətəndaş əsəbləşir və «komandir» deyə müraciət etdiyi polisi əməkdaşını ölümlə hədələyir. Həmin vətəndaşın içkili vəziyyətdə olduğu ehtimal edilir. Polislərin onu ələ saldığını, yol polisi əməkdaşının onu əsəbləşdirmək üçün «kosa» dediyini görən vətəndaş «nakişi» ifadəsi işlədir. Bundan hiddətlənən DYP çavuşu ayağa qalxaraq vətəndaşın sinəsinə yumruqla zərbə endirir.

avtosfer.az saytının əldə etdiyi məlumata görə, bu kadrlar Cəlilabad rayon Dövlət Yol Polisi şöbəsində çəkilib. Vətəndaşı döyən polis inspektoru isə Cəlilabadda «Pələng balası» ləqəbi ilə tanınan DYP əməkdaşıdır. Təəssüf ki, onun əsl adını dəqiqləşdirə bilmədik. Əldə etdiyimiz başqa bir məlumata görə isə, həmin yol polisi əməkdaşı rayonda böyük nüfuz sahibidir. Heç bir sürücünü nahaqdan saxlayıb incitmir. Hətta bu yaxınlarda Daxili İşlər Nazirliyinin polisə nəzarət edən 7-ci idarəsinin və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları həmin DYP əməkdaşı ilə bağlı araşdırma apararkən heç bir qanunsuzluq aşkar etməyiblər. Nümunəvi polis kimi xarakterizə olunan «Pələng balası»nın birdən-birə vətəndaşa qarşı bu cür hərəkətləri bir qədər anlaşılmazdır.


avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh