Lənkəranda 12 yaşlı məktəblini maşın vurub

Qəzalar 17 Oktyabr 2014 18:15 Oxunub 1413
Lənkəranda 12 yaşlı məktəblini maşın vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azyaşlı sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə oktyabrın 17-də saat 15.00 radələrində Lənkəran-Lerik şosesinin rayonun Şovu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lerik rayon sakini Vüsal Mirzağa oğlu Həbibullayev idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə yolu keçmək istəyən 2002-ci il təvəllüdlü Şovu kənd sakini Məleykə Rəfail qızı Eynullazadəni vurub. Azyaşlı dərhal sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh