Qadın sürücüdən dəhşətli yol qəzası – VİDEO

Qəzalar 18 Oktyabr 2014 13:06 Oxunub 2289
Qadın sürücüdən dəhşətli yol qəzası – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadın sürücü sağa keçdiyini zənn edərkən qəfil qarşısındakı yük maşını çırpılır

İnternetdə xoşbəxtlikdən bədbəxt sonluqla bitməyən dəhşətli avtomobil qəzası sürətlə şöhrət qazanmaqdadır. Avtosfer.az gün.az-a istinadən xəbər verir ki, videoçarxın ilk kadrlarda əksərən yük maşınlarının hərəkət etdiyi şəhərətrafı yolda minik avtomobillərinin zolaqdan-zolağa keçdiyini görmək olar. Bir məqamda isə trasda yolun solundan sağına keçmək istəyən mavi rəngli hetçbek görünür. Lakin onun bu istəyi baş tutmur. Qadın sürücü sağa keçdiyini zənn edərkən qəfil qarşısındakı yük maşını çırpılır. Arxadan gələn digər yük maşını isə maşını sol tərəfdən vurur. Hadisə Belçikanın Brügge şəhərində baş verib. İki boyun fəqərəsi sınığı ilə ağır vəziyyətdə xəstəxanaya aparılan qadın sürücü hazırda bərpa olunmaq üzrədir. Onun hətta bir müddət komada qaldığı da bildirilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh