Bizim sürücülər belə sürür; 1 dəqiqəyə dəhşətli tıxac yaratdılar - VİDEO

Yazarlar 22 Oktyabr 2014 23:46 Oxunub 1979
Bizim sürücülər belə sürür; 1 dəqiqəyə dəhşətli tıxac yaratdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İntizamsız sürücülərin yollarda nə işi var; məsuliyyət kimin üzərindədir?

Bəzən bizim sürücülərimiz elə fikirləşirlər ki, onlar ideal sürücülərdir, sadəcə, başqaları pis sürür. Və ya, bütün günahlar Dövlət Yol Polisində və Nəqliyyat Nazirliyindədir. Yəni, sürücülərimiz hər vəchlə yaxalarını kənara çəkirlər. Tıxac yaranır, DYP günahkardır, qəza baş verir, yeni DYP günahkardır. Bəs bu kadrlara baxandan sonra günahkar kim olacaq?

Avtosfer.az-ın məlumatına görə, bu videou Qələbə dairəsində çəkilib. Həmin dairədə çox biabırçı formada, intizamsız şəkildə hərəkət edən avtomobilləri sürən bizlərik, bizim sürücülərdir. Kosmosdan gələn yoxdur. Və hər gün məhz bu cür intizamsız, yol hərəkəti qaydalarından xəbərsiz olan sürücülərin ucbatından saatlarla tıxac yaranır, qəzalar baş verir. Gəlin bu kadrları diqqətlə izləyək. Və, fikirləşək görək, bu mənzərənin yaranmasında sürücülərin və DYP-nin məsuliyyəti nə qədərdir? Biz nə vaxtsa intizamlı sürücülərin əhatəsində ola biləcəyikmi? Bunun üçün nə etmək lazımdır? Məncə, bu suallara obyektiv cavab verilsə, hər şey həllini tapar.

 

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh