Tıxacın qarşısını almaq üçün "protiv" getməyə icazə verilə bilər, amma... - VİDEO

Avtosfer TV 28 Fevral 2017 23:58 Oxunub 3765
Tıxacın qarşısını almaq üçün "protiv" getməyə icazə verilə bilər, amma... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tıxac probleminin həlli Bakıda reversiv işıqforların quraşdırılmaslndan keçir

Paytaxt Bakıda hərəkətin intensiv olduğu saatlarda əksər küçələrdə əks istiqamətli yolların bir hissəsində tıxac, əks hissəsində isə seyrəklik olur. Bir sözlə, yoldan səmərəli istifadə edilmir. Bu problemi həll etmək üçün "Yol hərəkəti haqqında" qanunda nəzərdə tutulan reversiv işıqforlardan istifadə edilə bilər. Sürücülərin dediyi kimi, hərəkətin pik olduğu vaxtlarda təbii olaraq əksistiqamətli yollarda hərəkətin sıxlığı fərqli olur. Nəticədə gediş istiqamətdə tıxac, gəliş istiqamətdə isə seyrəklik olur. Halbuki reversiv işıqforlardan istifadə etməklə bunun qarşsını almaq olar.

"Yol hərəkəti haqqında" qanunda reversiv yəni qarşılıqlı işıqforların qoyulması nəzərdə tutulsa da, Bakıda hələ ki belə işıqfor yoxdur. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu işıqforların quraşdırılması tıxac problemini xeyli azalda bilər Ekspertin sözlərinə görə paytaxtda intensivlik yaşanan əksər küçə və prospektlərdə tətbiq etmək olar. Bir şərtlə ki, dəmir arakəsmə və bordyorlar olan yollarda həmin maneələr sökülsün.Reversiv işıqforların qoyulması böyük maliyyə vəsaiti tələb etmir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, reversiv işıqforların quraşdırılması qərarı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası Tərəfindən verilə bilər. Bu məqsədlə yollarda araşdırmalar aparılmaldır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh