Zirehli texnika düzəltdi: Məmurların başına oyun açdı - VİDEO

Avtosfer TV 1 Mart 2017 19:45 Oxunub 27033
Zirehli texnika düzəltdi: Məmurların başına oyun açdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, son gülləni özünə vurub

ABŞ-lı Marvin Himeyer öz şəhərinə 5 milyon dollar zərər vurub. ABŞ-ın Kolorado ştatının Qrenbi şəhərində yaşayan Marvin emalatxana sahibi idi, evi isə zavod yaxınlığında yerləşirdi. Avtosfer.az interaztv-yə istinadən xəbər verir ki, müəssisə ərazisini Marvin və qonşularının torpağı hesabına genişləndirməyə qərar verilir. Vaxt keçdikcə Marvinin qonşuları torpaq sahələrini satdılar, lakin o, qəti şəkildə evini satmaq niyyətində deyildi.

https://videoboom.cc/wp-content/uploads/m/muzhchina-otomstil-gorodskim-vlastyam/1.jpg

Belə olduğu halda yerli hökumət ona qarşı müharibəyə başlayır: evə gələn kommunikasiya xətləri kəsilir, işıq verilişi dayandırılır... Yerli bank onu cərimə ilə təhdid edərək ipoteka kreditini qaytarması üçün tələsdirir.

Elə bu zamanlar Marvinin atası vəfat edir. Dəfn mərasimindən evə qayıdan Marvin emalatxanasına qapanır və daha sonra oradan şəxsən hazırladığı zirehli buldozerlə çıxır.

Kişi zavod, meriya, bank binalarını dağıtmağa başlayır. Dağıdılan binalar arasında məmurların evləri də yer alıb, bununla belə sadə insanların evlərinə zərər dəyməyib. Marvinin özünəməxsus tankına qumbaralar da təsir etməyib, bununla belə kişinin özü içəridən atəş açıb.

https://videoboom.cc/wp-content/uploads/m/muzhchina-otomstil-gorodskim-vlastyam/2.jpg

 

Sonda buldozer dayandı, lakin polislər tələ qurulduğundan ehtiyatlanaraq uzun müddət maşının kabinəsinə yaxınlaşmayıblar. Nəhayət içəriyə nəzər salan zaman Marvinin öldüyü məlum olub. O, son gülləni özünə vurub.

 

Marvin tərəfindən dağıdılan zavod bərpa edilmədi. Kolorado qubernatoru vəziyyəti təsvir edərkən şəhərdən sanki qasırğa keçdiyini söyləyib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh