Dronlar bərpa ediləcək - VİDEO

Avtosfer TV 2 Mart 2017 11:31 Oxunub 2147
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni pilotsuz uçan aparatın sınaqları fevralın ortalarında Atlanta şəhəri ətrafında keçirilib

ABŞ-ın "AT&T" telekommunikasiya şirkəti uçuşdan sonra mobil rabitə stansiyası funksiyalarını yerinə yetirəcək bənd edilən pilotsuz uçan aparatın sınaqlarını keçirib. Aparatlardan təbii fəlakətdən ziyan çəkən ərazilərdə rabitənin tez bərpası üçün istifadə nəzərdə tutulur. 

Avtosfer.az ICTnews-a istinadən bildirir ki, daşqın, qasırğa və ya zəlzələ nəticəsində geniş ərazilər mobil rabitədən məhrum olur və müxtəlif xidmətlərin yaşayış infrastrukturunun bərpası və içməli suyun verilməsi sistemləri daxil olmaqla bir neçə mühüm məsələni həll etdiklərinə görə kommunikasiyaların tez bərpası üçün çoxlu vaxt tələb olunur.

Məlumata görə, "Flying COW" (Flying Cell on Wings) adlanan yeni dronlar zədələnən yerüstü mobil rabitə qüllələri işlək vəziyyətə gətirilməzdən və şəbəkəyə qoşulmazdan əvvəl rabitənin operativ bərpasına imkan verir. Yeni pilotsuz uçan aparatın sınaqları fevralın ortalarında Atlanta şəhərinin (Corciya ştatı) ətrafında keçirilib.

Aparat 104 kvadrat km. ərazidə dayanıqlı rabitəni təmin edə bilən "LTE" standartlı siqnalın ötürülməsi və qəbulu avadanlığı ilə təchiz edilib. Bu ölçüdə əhatə dairəsini 91 metr hündürlükdə uçan dron təmin edir. Məlumatların ötürülməsi üçün "Flying COW" peyk rabitəsindən istifadə edir.

 

Bildirilir ki, "AT&T" şirkətinin təmir briqada avtomobillərinin yeni pilotsuz aparatlarla təchiz edilməsi planlaşdırılır. Mobil rabitədən məhrum olan yerə gələn briqadalar bənd edilən dronu buraxaraq rabitəni bərpa etməklə yerüstü avadanlığın bərpası ilə məşğul olacaqlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh