18 yaşlı oğlan "Jaguar"la ağır qəza törətdi

Qəzalar 20 Oktyabr 2014 14:20 Oxunub 2078
18 yaşlı oğlan "Jaguar"la ağır qəza törətdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü və avtomobildəki 3 sərnişini xəstəxanaya yerləşdirilib

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, oktyabrın 19-da saat 01 radələrində Nobel prospektində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Hüseynli Kənan Şahin oğlu idarə etdiyi “Jaguar” markalı avtomobili qarşıda gedən Türkiyə vətəndaşı Əhməd Damların idarə etdiyi “Kögel” markalı avtomobilə çırpıb. K.Hüseynli və avtomobilindəki 3 sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh