"McLaren 720 S" superkarın fotosu yayıldı

Avtosfer Foto 4 Mart 2017 21:00 Oxunub 2043
"McLaren 720 S" superkarın fotosu yayıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu göstəriciləri ilə "720 S" modeli "Lamborghini Aventador SV" modeli ilə rəqabət aparacaq

"McLaren" şirkətinin yeni "720 S" modelinin fotosu internetə yayılıb. Avtosfer.az "ölkə.az"a istinadən xəbər verir ki, britaniyalı şirkətin yeni məhsulu hələ rəsmən təqdim edilməyib. Şirkət rəsmiləri yeni modeli bir neçə gün sonra Cenevrə avtomobil sərgisində təqdim edəcəklər. Amma internetdə yayılan fotoya görə yeni model haqqında müəyyən fikirlər söyləmək mümkündür. Yeni modelin arxa hissəsini hazırlamaq üçün mühəndislər "675 LT" ,"P1" və "Sport Series" modellərindən istifadə ediblər. "720 S"-in xarici görünüşü "650 S" modelinə nisbətən daha müasirdir. Dizaynda nazik işıq diodlu arxa fənərləri qeyd etmək olar. Deyəsən yeni modelin yük hissəsi də daha tutumlu olacaq. Texniki göstəricilərinə gəldikdə isə "McLaren 720 S" modeli 4 litr həcmli, V8 tipli, ikiqat turbo gücləndiricili mühərriklə təchiz edilib. Adından da məlum olduğu kimi yeni avtomobilin aqreqatı 720 at gücü hasil edir. Bu göstəriciləri ilə "720 S" modeli "Lamborghini Aventador SV" modeli ilə rəqabət aparacaq.

http://www.carbuzz.com/resizeimg/imageshandler.ashx?w=640&h=480&url=http://db.carbuzz.com/images2/620000/0/300/620345.jpg

http://www.carbuzz.com/resizeimg/imageshandler.ashx?w=640&h=480&url=http://db.carbuzz.com/images2/620000/0/300/620346.jpg

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh