İcra başçısının oğlu qəzaya düşdü- ÖLƏN VAR

Qəzalar 20 Oktyabr 2014 19:15 Oxunub 1881
İcra başçısının oğlu qəzaya düşdü- ÖLƏN VAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobildəki digər 3 nəfər ağır yaralı halda xəstəxanaya çatdırılıb

Oktyabrın 19-da paytaxtın “Neftçilər” prospektində ağır yol-nəqliyyat qəzası baş verib. Port-Baku Towers-in qarşısında “BMW” markalı avtomobil TİR-lə toqquşub. Avtosfer.az musavat.coma-a istinadən xəbər verir ki, nəticədə sürücünün yanında oturan 20 yaşlı gənc hadisə yerində keçinib. Avtomobildəki digər 3 nəfər ağır yaralı halda xəstəxanaya çatdırılıb. Yaralılardan birinin Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun oğlu olduğu bildirilir.

Həlak olan gənc xaricdə təhsil alıb və ailəsinin istəyinə görə qısamüddətli tətil alaraq, Bakıya dönürmüş. Ceyhun Cəfərovun oğlu isə 2 dostu ilə onu hava limanında qarşılayaraq, evlərinə müşayiət edirmiş.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh