Yola yaxın ərazilərdə yaşayanlara ŞOK xəbər: Ölüm YAXINLAŞIR

Yazarlar 21 Oktyabr 2014 22:56 Oxunub 2274
Yola yaxın ərazilərdə yaşayanlara ŞOK xəbər: Ölüm YAXINLAŞIR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İşlək yola yaxın ərazidə yaşayan qadınlar arasında infarkt riski yüksəkdir

İşlək avtomobil yollarına yaxın bölgələrdə yaşayan qadınlarda ani infarktdan ölüm riskinin artdığı ortaya çıxıb. Avtosfer.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, amerikalı elm adamları 1986-2012-ci illəri əhatə edən, orta hesabla 60 yaşındakı 107 min 103 amerikalı qadının məlumatlarını araşdırıb və şok nəticə ortaya çıxıb. Belə ki, araşdırmalar zamanı məlum olub ki, işlək yollara 50 metr uzaqlıqda yaşayanlarda infarktdan ölüm riskinin ən azı 500 metr uzaqlıqda yaşayanlardan 38 faiz çoxdur. Araşdırma işlək yollara yaxın yaşamanın hava çirkliliyinə daha çox məruz qalınmasına və bunun siqaret, pis bəslənmə ya da şişmanlıq qədər ürək xəstəliklərinə yol aça biləcəyini ortaya qoyub.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh