Bakıda avtobusda “turnik”ə çıxanlar - FOTO

Avtosfer Foto 6 Mart 2017 15:39 Oxunub 4711
Bakıda avtobusda “turnik”ə çıxanlar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzən avtobusa daxil olan sərnişin heç bir məsuliyyət hiss etmək istəmir

“Həyat dəyişir, inkişaf edir, ancaq təəssüf ki, bəzi sərnişinlər illərdən bəri formalaşmış vərdişlərini tərgidə bilmir”. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri “Bakubus” MMC-nin mətbuat katibi Mənsur Priyev sərnişinlərin ictimai nəqliyyatdakı fəaliyyətini şərh edən zaman bildirib. O, əlavə edib ki, bəzən avtobusa daxil olan sərnişin heç bir məsuliyyət hiss etmək istəmir: “Eyni zamanda avtobusun salonunu çirkləndirən, məişət tullantılarını, ərzaq qalıqlarını avtobusa ataraq antisanitar vəziyyət yaradan, oturacaqları zədələyən, yazan nə qədər sərnişinlərimiz də var. Bütün bunlar diqqətə alınmalı və cəmiyyətdə sərnişin məsuliyyəti anlayışı formalaşmalıdır. Bu cür sərnişinlərə qarşı digər vətəndaşlar ictimai mübarizə aparmalıdır. Xüsusilə, intervallarla bağlı daxil olan şikayətlər araşdırıldıqda görürük ki, sərnişinlərin də rolu böyükdür. Müşahidələr göstərir ki, əsasən səhər saatlarında işə, axşam isə evə tələsən sərnişinlər ödəniş kartlarının oxudulması qaydasına yetərincə əməl etmirlər.

İctimai nəqliyyatda hər birimiz iştirakçıyıq. Ona görə də, illərdən bəri yaranmış neqativ vərdişləri birlikdə tərgitməli, streotipləri birlikdə qırmalıyıq”.

Mətbuat katibi paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarında çəkilmiş bir neçə fotonu da sosial şəbəkədə paylaşaraq bu kimi halların yolverilməz olduğunu qeyd edib.

Bakıda avtobusda “turnik”ə çıxanlar   -  Foto

Bakıda avtobusda “turnik”ə çıxanlar   -  Foto

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh