Bakıda piyadaları belə vururlar – ŞOK VİDEO - 18+

Yazarlar 22 Oktyabr 2014 23:39 Oxunub 12107
Bakıda piyadaları belə vururlar – ŞOK VİDEO - 18+
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerindən qaçan və vurduğu piyadaya kömək edən sürücüləri siz də tanıyın

Avtosfer.az saytı Bakı şəhərində piyadavurmalarla bağlı videoları təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu hadisələrin yarısı piyadanı vurub hadisə yerindən qaçanlara, yarısı isə vurduğu piyadaya kömək edənlərə aiddir. Avtosfer.az saytı həmin kadrlar əsasında hadisə yerindən qaçan və vurduğu piyadaya köməklik göstərən sürücülərin hüquqi məsuliyyətini izah edir.

Bəri başdan deyək ki, hadisələrin bəzilərində piyadaların da günahı var. Piyadavurmalar bir çox hallarda elə piyadaların günahı ugbatından baş verir.

Yeri gəlmişkən, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin açıqladığı statistik məlumatlarda qeyd olunur ki, paytaxt ərazisində ölümlə nəticələnmiş yol qəzalarının əksəriyyətini - 38 faizini məhz piyadavurmalar təşkil edir. Bu kadrları izlədikdə isə piyadavurmaların səbəbi aydın olacaq…

Birinci hadisədə piyada yolayrıcında yolu keçmək istəyir. Düzdür, həmin piyada yol hərəkəti qaydalarını pozur. Çünki yol hərəkəti qaydaları yaxınlıqda piyada keçidi olmadıqda yolayrıcında səki xətti boyunca yolu keçməyə icazə verir. Lakin piyada keçidi olmayan belə yerdə yolu keçmək istəyən piyada hər bir halda nəqliyyat vasitələrinə yol verməlidir. Videodakı piyada yolu səki xətti boyunca deyil, kəsişən yolun ortası ilə keçir və yaxınlaşan avtomobilləri nəzərə almır. Amma onu vuran sürücü də yol hərəkəti qaydalarını aşkar və kobud şəkildə pozur. Piyadanı vuran «VAZ-2107» markalı avtomobilin sürücüsü həm avtomobilin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarını pozur (iki zolağın ortası ilə hərəkət edir), həm manevr qaydalarını pozur (ötmə üçün boş zolağın mövcud olmamasına baxmayaraq, yanaşı gedən avtomobillərin arasından keçməyə cəhd edir), həm də qabağındakı avtomobilin tormozlanmasına məhəl qoymur və yolun hərəkət hissəsindəki piyadanı vurmamaq üçün özü tormozlanma etmir. Bu sürücünün ən böyük günahı isə yol-nəqliyyat hadisəsi yerindən uzaqlaşmasıdır. Həmin sürücü piyadanı vurduğunu aşkar şəkildə görsə də, hərəkətini davam etdirir. Bunun özü Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət məsuliyyəti yaradır. İkinci kadrda piyada keçid olmayan yerdə yolu keçməyə çalışır və əks istiqamətli nəqliyyat axınlarını ayıran orta xəttin üzərində yox, bir qədər sağda dayanaraq yolun boşalmasını gözləyir. Bu kadrda aşkar şəkildə görünür ki, qaranlıqdır və yolun həmin yeri işıqlandırılmır. Çox güman ki, elə bunun nəticəsi olaraq sağ tərəfdə hərəkət edən avtomobil həmin piyadanı görməyərək onu vurur. Özü də belə şəraitdə qarşı tərəfdən gələn avtomobillərin işıqlarının fonunda piyadanı görmək çox çətin olur. Bununla belə həmin sürücü orta xəttin yanında dayanan piyadanı vurur. O, yol şəraitinə lazımi qaydada nəzarət etmir. Bu sürücü də qəzadan sonra kobud səhvə yol verərək dayanmadan çıxıb gedir. Yəni faktiki olaraq həm də Cinayət Məcəlləsinin 264-cü maddəsindəki cinayəti törədir. Bu kadrdan görünür ki, piyada onu vuran avtomobilin zərbəsindən yolun əks tərəfinə atılaraq əks istiqamətdə gedən avtomobilə də dəyir. Özü də həmin sürücü dərhal avtomobilini dayandırır. İkinci sürücünün bu hadisədə heç bir təqsiri yoxdur. Həmin hadisə ilə bağlı onun hər hansı şəkildə günahlandırılmasından söhbət gedə bilməz.  

Üçüncü kadrda çox qarışıq hərəkət şəraiti var. Piyadalar yenə də yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Cəmi 20 metr məsafədə olan yolayrıcında deyil, öz istədikləri yerdə, özü də piyada keçidi olmayan yerdə yolu keçməyə cəhd edirlər. Bu zaman avtomobillərə də yol vermirlər. Bu qəzada iştirak edən ağ rəngli «Cip»in sürücüsü də səhvə yol verir. Yəqin ki o, özündən sağdakı zolaqda dayanan avtomobilin qarşısından keçən piyadalara diqqət yetirsəydi, hadisə baş verməzdi. Amma bu hadisədə həmin cipin sürücüsünün təqsirli olduğunu söyləmək çətindir. 

Dördüncü kadrda isə yol hərəkəti şəraiti tam aydın olmasa da, avtomobillərin trayektoriyasından görünür ki, bura yolayrıcıdır. «Tayota» markalı avtomobilin sürücüsü sola dönür və bu zaman döndüyü yolu keçən piyadaya yol vermir. Nəticədə qəza baş verir.

Odur ki, əziz sürücülər, yollarda son dərəcə diqqətli olmaq lazımdır, həm özünüzü, həm də ətrafdakıları qoruyun. Ən əsası da, sürət həddini aşmayın!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh