Toydan qayıdan ailə qəzaya düşüb: 3 yaralı

Qəzalar 23 Oktyabr 2014 12:21 Oxunub 1357
Toydan qayıdan ailə qəzaya düşüb: 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zaqatalada “VAZ -21014” işıq dirəyinə və avtobus dayanacağına çırpılıb, 3 nəfər xəsarət alıb

Zaqatalada baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə oktyabr ayının 22-si gecə saat 23:30 rədələrində, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Qımır kənd sakini Fikrət Mahmudov idarə etdiyi “VAZ -21014” markalı 62 BG 498 dövlət nömrə nişanlı avtomobillə Zaqataladan Qax  rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını öncə yolun sağ hissəsindəki işıq dirəyinə çırpıb. Daha sonra maşın hadisə baş verən yerdən 60-70 metr irəlidəki avtobus dayanacağına çırpılıb.

Baş vermiş qəzada sürücü xəsarət almasada, avtomobildə olan sərnişinlər, Qımır kənd sakinləri -1971-ci il təvəllüdlü, Arzu Qüdrət qızı Mahmudova, 1991-ci il təvəllüdlü, Sahibə Ələkbər qızı Mahmudova və 1995-ci il təvəllüdlü, Şəhriyar Fikrət oğlu Mahmudov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Zaqatala RMX-dan verilən məlumata görə, qəza nəticəsində  daxil olan yaralıların hazırda vəziyyəti orta-ağır qiymətləndirilir, müalicələri xəstəxanada davam etdirilir. Məlumatda bildirilir ki, qəzaya düşən şəxslər bir ailənin üzvüləridi. Onlar Zaqatala rayon mərkəzində fəaliyyət göstərən şadlıq evlərinin birində keçirilən toy məclisindən çıxıb yaşadıqları Qımır kəndinə evə gedirlərmiş. 

Faktla bağlı araşdırma aparılır.  

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh