Xətaidə "09" "07" ilə toqquşub

Qəzalar 23 Oktyabr 2014 13:36 Oxunub 1665
Xətaidə "09" "07" ilə toqquşub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib

 

Bakının Xətai rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, qəza Nobel prospektində qeydə alınıb. Qəza zamanı "10 KH 908" dövlət nömrə nişanlı "VAZ 2109" markalı avtomobillə "10 DP 802" nömrə-nişanlı "VAZ 2107" toqquşub. Nəticədə "VAZ 2109"un sürücüsü, 1990-cı il təvəllüdlü Murtuza Tağıyev xəsarət alıb. Yaralı ətrafdakıların köməyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Qəza zamanı hər iki maşın yararsız hala düşüb. Hadisə yerinə gələn Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşlarının verdiyi məlumata görə, qəzaya kimin səbəb olduğu təhlükəsiz şəhər kamerasına baxıldıqdan sonra müəyyən olunacaq. Hər iki avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh