Yol qəzalarında niyə kişilər daha çox ölür? - AÇIQLAMA

Yazarlar 24 Oktyabr 2014 01:27 Oxunub 1694
Yol qəzalarında niyə kişilər daha çox ölür? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bunun 4 mühüm səbəbini açıqlayıb

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov yol nəqliyyat hadisələri zamanı daha çox kişilərin ölməsinin  mühüm səbəbini açıqlayıb. Onun sözlərinə görə, rəsmi statistikaya əsasən, Bakı şəhərində yol qəzalarında ölən kişilər qadınlardan 3 dəfə çoxdur: «Bunun başlıca səbəblərin aşağıdakılar olduğunu hesab edirəm:

1. Yollarda istər sürücü, istərsə də sərnişin və piyada qismində kişilərin daha çox olması;

2. Kişi sürücü və kişi piyadaların sərxoş vəziyyətdə yola çıxması hallarının daha çox olması;

3. İstər qadın sürücülərin, istərsə də qadın piyadaların daha diqqətli və daha ehtiyatlı olması (təəssüf ki, bəziləri qadınların belə diqqət və ehtiyatlılığını səhv olaraq onların təcrübəsizliyi sayırlar);

və ən maraqlı səbəb;

4. Çoxluq təşkil edən kişi sürücülər qadın sürücülərə və qadın piyadalara daha həssas yanaşırlar, nəticdə qadınlar daha az zərər çəkirlər».

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh