Avtobus morqa girdi

Qəzalar 24 Oktyabr 2014 01:35 Oxunub 2164
Avtobus morqa girdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində 12 nəfər xəsarət alıb

Argentinanın paytaxtı Buenos-Ayres şəhərində baş verən qəzada avtobus meyitxana binasına çırpılıb. Anspress-in məlumatına görə, qəza nəticəsində 12 nəfər xəsarət alıb. Sürücü velosipedçini vurmamaq üçün avtobusu meyitxana binasına dəyməsini üstün tutub. İlkin ehtimallara görə, qəza zamanı təcili tibbi yardım maşının sürətli manevrindən özünü itirən velosipedçi yerə yıxılıb. Bu zaman arxadan gələn avtobus onu vurmaqdan qaçmaq üçün nəqliyyat vasitəsini səkiyə qaldırıb. Və sürücü sürəti tənzimliyə bilmədiyindən avtobus məhkəmə meyitxanasının binasına "girib".

Avtobusda olan 12 sərnişin şüşə qırıntılarından müxtəlif xəsarətlər alıb. Zədəlilər xəstəxanalara göndərilib. Şəhər polis xidməti qəzanın səbəblərini araşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh