Dövlət Bayrağı Günü ilə bağlı veloyürüş keçiriləcək

Yarışma 24 Oktyabr 2014 15:49 Oxunub 1800
Dövlət Bayrağı Günü ilə bağlı veloyürüş keçiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında veloyürüş planlaşdırılır

9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında veloyürüş keçiriləcək. Yürüş noyabrın 9-u saat 12:00-da Dövlət Bayrağı Meydanından start götürəcək. İştirakçılar Bayraq Meydanı - Azneft prospekti - Dəniz limanı - Heydər Əliyev Mərkəzi və əksinə istiqamətdə hərəkət edəcəklər. 16.5 km-lik yürüş elə başladığı yerdə - Dövlət Bayrağı Meydanında başa çatacaq.

Bununla əlaqədar Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası velosiped sürməkdən zövq alan gəncləri birliyimizi əks etdirən yürüşə dəvət edir. İştirakçılar velosiped və baş geyimlərini özləri ilə gətirməlidirlər. Yürüşdə iştirak etmək istəyənlər (012) 566-74-88 nömrəli telefona zəng edərək AVİF-in mətbuat xidməti ilə əlaqə saxlaya bilərlər.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh