Toy karvanında bahalı maşınlardan atəş açdılar

Avtoxəbər 25 Aprel 2014 00:00 Oxunub 2384
Toy karvanında bahalı maşınlardan atəş açdılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis bütün karvanı saxlayaraq sərnihinlərin və sürücülərin üzərində axtarış aparıb

Bu gün Rusiya paytaxtında, Verxnie Polya küçəsində toy karvanında hərəkət edərkən 7 avtomobil silahdan atəş açıldığına görə saxlanılıb. Modern.az Rusiya mətbuatına istinadən bildirir ki, toy karvanında “Porshe-kayen” və “Range Rover” də olub. Polislər lüks avtomobillərdə, bütün sərnişinlər və sürücülərin üzərində axtarış aparıb. Mərasimə gələn qonaqların bir hissəsi toyun keçiriləcəyi saraya piyada getməli olublar. Toy karvanında atəş açanların kimliyi hələ ki açıqlanmır.

 

Xatırladaq ki, ötən il noyabrın 12-də saat 16:00-a yaxın Moskvanın Akademik Anoxin küçəsində toy karvanından travmatik tapançadan ən azı beş atəş açılıb. Polisin dayanmaq tələbinə sürücülər əhəmiyyət verməyərək yollarına davam ediblər. Təqibdən sonra toy karvanı saxlanılıb. Atəş aşan da daxil olmaqla, 9 nəfər saxlanılıb. Sonradan 18 yaşlı əslən azərbaycanlı Seymur Nəbizadə 30 sutka həbs cəzası alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh