Taksi sürücüsü öz dəfninə sərxoş gəldi - FOTO

Avtosfer Foto 4 Aprel 2017 12:13 Oxunub 2230
Taksi sürücüsü öz dəfninə sərxoş gəldi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bir neçə həftə evə sərxoş qayıtdım. Ayılanda çox utandım. Evdən qaçıb yeni həyata başlamağa qərar verdim"

Keniyada itkin düşmüş şəxsin axtarışları onun sərxoş vəziyyətdə qonşu şəhərdə tapılmasından sonra dayandırılıb. Avtosfer.az milli.az-a istinadən bildirir ki, keniyalı mototaksiçi Uilson Oluok üç həftə əvvəl yoxa çıxmışdı. Miqori bölgəsindəki Avenqo kəndində yaşayan U.Oluoku ailəsi və polis aramağa başlayıb. Kəndin yaxınlığındakı şəkər qamışı plantasiyasında kişi meyiti tapılanda ailə üzvləri onun Uilson olduğunu düşünərək dəfnə hazırlaşıblar. Məzar qazılandan sonra xəbər gəlib ki, taksiçini qonşuluqdakı Ronqo şəhərində görüblər. Arvadı və oğlu şəhərə yollananda Uilsonu orada görüblər. O, sərxoş vəziyyətdə barda oturmuşdu. "Bir neçə həftə evə sərxoş qayıtdım. Ayılanda çox utandım. Evdən qaçıb yeni həyata başlamağa qərar verdim", - Uilson Oluok deyib. Dəfninə sərxoş aparılan U.Oluok ayılandan sonra ailəsi bayrama başlayıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh