Maşın alarkən qadınların etdiyi ən böyük səhvlər - ARAŞDIRMA

Yazarlar 27 Oktyabr 2014 18:20 Oxunub 1725
Maşın alarkən qadınların etdiyi ən böyük səhvlər -  ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadınların 80 faizdən çoxu maşın alarkən daha çox reklama, qiymətə və xarici görünüşünə diqqət edirlər

Bazarlıq – qadınların ən sevimli məşğuliyyətidir. Bəs maşın bazarlığı da paltar almaqla eynidirmi? Xeyr. Avtosfer.az xarici mətbuata istinadən maşın alarkən qadınların etdiyi ən böyük səhvləri təqdim edir. Qadınlar ikinci əl (işlənmiş ) maşın alarkən bunun yenidən təmir xidmətinə  ya başqa nəyəsə ehtiyacı olduğunu düşünmədən bütün pullarını sərf edirlər. 

Qadınların 80 faizdən çoxu maşın alarkən daha çox reklamına, qiymətinə və xarici görünüşünə diqqət edirlər. Ancaq bilmirlər ki, maşının mexaniki funksiyasına hər şeydən əvvəl diqqət edilməlidir. Bu, heç bir təmirə, əlavə xərcə ehtiyac duymayacaq yaxşı maşın almanıza kömək edəcək. 

70 faiz qadınlar heç bir sövdələşmə imzalamadan maşın alırlar. Ancaq satıcı güzəşt etsin deyə, qadınlar daha çox israrlı olurlar. 

44 faiz qadın müşaiyətçi olmadan maşın alır. Halbuki həmin şəxs almadan əvvəl maşın haqqında hər cür məlumatı verməlidir. Əgər maşın salonuna bu adamsız getsəniz, satış nümayəndəsindən istədiyinizi soruşmağa və detallarına kimi öyrənməyə utanmayın. 

35 faiz qadın ilkin olaraq yoxlamaq üçün maşını sürmədən alırlar. Unutmayın,  yaxşı ,özünə güvənən satıcı heç vaxt maşının yoxlanış üçün sürülməsinə “yox” deməz. 

25 faiz qadın maşının ehtiyaclarını nəzərə almadan alırlar. Maşın almadan əvvəl nə qədər xərc tələb etdiyini, sadəcə satış puluyla canınızı qurtardığınızı düşünməyin. 

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh