Xalq artistindən sərxoş sürücülərə vicdan dərsi

Yazarlar 1 Noyabr 2014 00:32 Oxunub 1854
Xalq artistindən sərxoş sürücülərə vicdan dərsi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramiz Novruz: «Hər bir insanın vicdanı olmaldır ki, içkili vəziyyətdə sükan arxasında oturub…»

Xalq artisti Ramiz Novruz Azərbaycan baş verən yol qəzalarına, qəzalarda ölən və yaralananların sayının artmasına sərt münasibət bildirib. Xalq artisti Avtosver.az-a açıqlamasında içkili halda sükan arxasında əyləşənləri tənqid edib: «Bu, çox xoşagəlməyən haldır. Hər bir insanın vicdanı olmaldır ki, içkili vəziyyətdə sükan arxasında oturub azərbaycanlı balasını öldürməsin və ya şikəst etməsin. Sözüm içib sükan arxasında əyləşən sürücülərə aiddir. Ümumiyyətlə, yüksək sürətlə maşın sürmək olmaz. Hər kəs fikirləşməlidir ki, törətdiyi hər bir qəza millətə ziyan vurur». 

Xalq artist onu da bildirdi ki, Azərbaycan yol qəzalarının sayına görə dünyada 5-6-cı yerdədir: “Bizim millət qəzaların sayına görə dünyada ön sıralardadır. Bu çox biabırçı və utanc gətirən bir şeydir. Bu, mənim yaralı yerimdir. Ömür boyu maşın sürəndə təhlükəsizlik kəmərini taxmışam. Öz özünü tərbiyə eləmək lazımdır. Kəmərə, sürət həddinə fikir vermək lazımdı. Millətimin övladlarının yol qəzalarında həyatlarını itirməsinə çox pis oluram». 

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh