Özəl hazırlanmış bir milyonluq avtomobil Bakıda - FOTO

Yarışma 31 Oktyabr 2014 17:34 Oxunub 2436
Özəl hazırlanmış bir milyonluq avtomobil Bakıda - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobili Mersedes şirkəti özəl olaraq hazırlayıb

Bakıda keçiriləcək Baku World Challenge (Blancpain Sprint Series) beynəlxalq avtomobil yarışlarında iştirak edən maşınların modelləri bəlli olub. Avtosfer.az-ın "Sportpress"ə istinadən məlumatına görə, noyabrın 1-də baş tutacaq yarışda dünyanın ən sürətli 30 avtomobili iştirak edəcək. Onlar arasında BMW Z4, Audi R8LMS Ultra, McLaren MP4-12C, Lamborghini LFII, Porsche 997 GT3 R, Mercedes SLS AMG GT3, Aston Martin Vantage GT3 və digərləri var. Yarışda iştirak edəcək ən bahalı maşın isə şəkildə gördüyünüz Mercedes SLS AMG GT3-dür. Avtomobilin qiyməti 1 000 000 dollardır. Yarış zamanı Mercedes SLS AMG GT3 saatda maksimal olaraq 300 km sürətlə hərəkət edir. Bir neçə Qran-Prinin qalibi olan bu maşın Bakıdakı turnirində favoritləri sırasındadır. 

Qeyd edək ki, bu avtomobili «Mersedes» şirkəti özəl olaraq GT3 yarışları üçün hazırlayıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh