«07» aşdı; sürücü öldü

Qəzalar 26 Aprel 2014 23:35 Oxunub 1773
«07» aşdı; sürücü öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aprelin 25-də ölkə üzrə 3 yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Aprelin 25-də saat 19 radələrində Ağsu rayonu Dilman kəndinin ərazisində kənd sakini Asif Şəfqətov idarə etdiyi “VAZ-21074” markalı avtomobili aşırmış və hadisə yerində ölüb.Həmin gün saat 16 radələrində Səbail rayonu Xanlar küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Aslan Ağayev vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. avtosfer.az saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aprelin 25-də respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh