Bakıda avtomobil yanaraq külə döndü

Qəzalar 4 Noyabr 2014 11:40 Oxunub 1318
Bakıda avtomobil yanaraq külə döndü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərəkətdə olan "Daewoo" markalı avtomobil qəflətən yanmağa başlayıb

Gecə saatlarında paytaxtda avtomobil yanıb. APA-nın məlumatına görə, hadisə Nizami rayonu Babək  prospektində qeydə alınıb. Prospektlə hərəkətdə olan "Daewoo" markalı avtomobil qəflətən yanmağa başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü avtomobili yol kənarında saxlayaraq ərazidən uzaqlaşıb. Dərhal hadisə yerinə gələn  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını tez bir zamanda ala biliblər.

İlkin ehtimallara görə, yanğına avtomobilin elektrik naqillərində yaranan qısa qapanma səbəb olub. Yanğının qarşısı alındıqdan sonra avtomobil evakuator vasitəsi ilə ərazidən götürülüb. Nizami Rayon Yol Patrul Xidmətinin əməkdaşları avtomobilin sürücüsünün şəxsiyyətini və onun nə səbəbdən ərazini tərk etməsini araşdırır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh