Bakıda qəza: sürücü ağır yaralandı

Qəzalar 5 Noyabr 2014 15:08 Oxunub 1397
Bakıda qəza: sürücü ağır yaralandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır

Bakının Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Koroğlu Metrostansiyasının yaxınlığında qeydə alınan hadisə zamanı 33 yaşlı Məsimov Elnur Məhərrəm oğlu "Opel markalı" minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Sürücünün nəzarətindən çıxan avtomaşın yol kənarında dayanan "Shagman" markalı yük maşınınıN arxasına çırpılıb. Qəza nəticəsində açıq kəllə beyin travması alan "Opel"İn sürücüsü təcili tibbi yardım maşını ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır. 

Rayon polis idarəsində faktla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh