ABŞ səfirliyinin mühafizə rəisi qəzaya düşdü - Bakıda

Qəzalar 5 Noyabr 2014 18:30 Oxunub 1422
ABŞ səfirliyinin mühafizə rəisi qəzaya düşdü - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ceyms Falqost “Toyota” markalı avtomobillə “Mercedes”ə çırpılıb

Noyabrın 4-də Bakının Nəsimi rayonunda, Dilarə Əliyeva küçəsində ABŞ vətəndaşının iştirakı ilə yol-nəqliyyat hadisəsi (YNH) baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Vesti.Az-a Nəsimi rayon Polis İdarəsində bildiriblər. ABŞ səfirliyinin mühafizə xidmətinin rəisi 1969-cu il təvəllüdlü Ceyms Falqost “Toyota” markalı avtomobili idarə edərkən Şəmkir rayon sakini, 1980-ci il təvəllüdlü Rizvan Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Xoşbəxtlikdən toqquşma zamanı zərər çəkən olmayıb. Yalnız Azərbaycan vətəndaşının avtomobili əzilib.

Fakt üzrə istintaq aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh