Köhnə "ZİL"i öz toyu üçün gəlin maşını hazırlayır: 15 min manat xərc qoyub - VİDEO

Avtosfer TV 14 May 2017 10:36 Oxunub 16745
Köhnə "ZİL"i öz toyu üçün gəlin maşını hazırlayır: 15 min manat xərc qoyub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lənkəranın Şirinsu kənd sakini 28 yaşlı gəncin toy mərasimi avqust ayında olacaq

Lənkəran sakini aldığı 30 illik köhnə ZİL markalı yük maşınına 14 min manat pul xərcləyərək avtomobili saz vəziyyətə gətirib. Onun bu addımı atmağının maraqlı səbəbi var. Yaxın vaxtlarda ailə həyatı quracaq gənc gəlini bu zil maşınıda gətirəcək. Avtosfer.az məlumat verir ki, Lənkəran sakini Pərviz Miriyev özünün toyu ərəfəsində digər hazırlıqlarını kənara qoyub əsas saydığı işlə məşguldur. O, bir neçə il əvvəl aldığı köhnə ZİL markalı yük maşınını gəlin gətirmək üçün hazırlayır. Pərviz Miriyev bir neçə aydan sonraya planlaşdırdığı xeyir işi üçün yük maşınını rəngləyib, digər işlərini tamamlasa da, kabinəsinə bir az da əl gəzdirəcək. Bacarıqlı gənc 1988 -ci il istehsalı olan yük maşınını saz vəziyyətə gətirmək üçün bir çox detalını, hətta mühərrikini də dəyişib. Dediyinə görə, bütün bunlar üçün 15 min manatdan çox xərc çəkib. Lənkəranın Şirinsu kənd sakini 28 yaşlı gəncin toy mərasimi avqust ayında olacaq. (xezerxeber) 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh