«ZİL» «Volkswagen»i əzdi, meyiti maşından FHN çıxarıb

Qəzalar 7 Noyabr 2014 14:23 Oxunub 1437
 «ZİL» «Volkswagen»i əzdi, meyiti maşından FHN çıxarıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücüsünün sıxılmış meyiti kəsici alətlərin köməyi ilə maşından çıxarılıb

Oğuzda bu gecə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Oğuz rayonu, Bucaq kəndində "ZİL" markalı yük maşını ilə "Volkswagen" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsünün sıxılmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh