Prezidentin maşınına 1 milyon verdilər; satmadı - FOTO

Avtodünya 7 Noyabr 2014 23:25 Oxunub 2429
Prezidentin maşınına 1 milyon verdilər; satmadı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Dünyanın ən yoxsul dövlət başçısı” kimi də tanınan Muxika bu maşını nə vaxtsa satacağını düşünür

“Dünyanın ən yoxsul dövlət başçısı” hesab Uruqvay prezidenti Xose Muxikanın “Vosvo” avtomobilinə 1 milyon dollar təklif edilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Muxika 1 milyon dollarlıq təklifi, üçayaqlı iti “Manuela”nı baytara aparmaq üçün avtomobilə ehtiyacı olduğundan rədd edib. Cənub Amerika ölkəsi olan Uruqvayın dövlət başçısı Xose Muxika bir ərəb şeyxinin 1987-ci il  modeli olan mavi rəngli “Vosvo”suna 1 milyon dollar təklif etdiyini söyləyib. “Busqueda” jurnalına açıqlama verən 79 yaşlı prezident deyib: “Bir ərəb şeyxi məni axtarıb avtomobilim üçün 1 milyon dollar təklif etdi. Əvvəl çox əhəmiyyət vermədim. Sonra yenidən axtardı. Mən də avtomobilmi satmağı ciddi-ciddi düşünməyə başladım”. 

Muxika Boliviyanın paytaxtı Santa Kruzda keçirilən beynəlxalq tədbir zamanı edilən 1 milyon dollarlıq təklifi, üç ayaqlı iti “Manuela”nı baytara aparmaq üçün avtomobilə ehtiyacı olduğundan rədd etdiyini vurğulayıb. Xalq arasında “Pepe” kimi tanınan Muxika gələcəkdə avtomobilini satsa, əldə edəcəyi pulu yoxsul ailələrə ev tikdirmək üçün istifadə edəcəyini bildirib. Prezident Sarayı əvəzinə itləri və toyuqları ilə sadə ferma evində yaşamağı seçən Muxika həyat tərzi ilə dünyanın digər dövlət başçılarından fərqlənir. Muxika suyunu quyudan çəkir, həyat yoldaşı da çiçək yetişdirib satır. 

“Dünyanın ən yoxsul dövlət başçısı” kimi də tanınan Muxika 2010-cu ildə şəxsi sərvətinin 800 min dollar olduğunu açıqlayıb. Muxika 12 min dollarlıq maaşının az qala hamısını yoxsullara paylayır. Muxika 2009-cu ildə keçirilən prezident seçkisini qazanmazdan əvvəl Kuba inqilabından ilhamlanaraq Tupamaros partizan qrupunda iştirak edib. Altı dəfə vurulan və həyatının 14 ilini həbsdə keçirən Muxika 1985-ci ildə demokratiyaya keçilməsinin ardından sərbəst buraxılıb. Konstitusiyaya görə ikinci dəfə namizəd ola bilməyəcək Muxikanın səlahiyyət müddəti, 2015-ci il martın 1-də başa çatacaq.

Təxminən 4 milyon əhalisi olan Uruqvay həyat səviyyəsinin keyfiyyəti baxımından dünyanın 19-cu ölkəsidir. Urugvay eyni zamanda Latın Amerikası ölkələri arasında ən aşağı cinayət törədilən ölkədir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh