Sonra deyirlər ki, yola ver getsin - Bir deyil, beş deyil - VİDEO

Avtosfer TV 21 May 2017 02:44 Oxunub 7361
Sonra deyirlər ki, yola ver getsin - Bir deyil, beş deyil - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol verməkdən bezən sürücü dilə gəldi

Bakıda hərəkətin sıx olduğu yoldan video paylaşan sürücü qayda pozanları şiddətli şəkildə qınayıb. Avtosfer.az xəbər verir ki, sürücü əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı edən iki sürücünü ifşa edib. Belə ki, 50 BD 864 dövlət nömrə nişanlı "Lada" markalı minik avtomobili soldan əks axının olduğu zolağa çıxır. Bir qədər irəlilədikdən sonra videonu çəkən sürücünün qarşısına keçib cərgəyə girmək istəyir. Lakin prinsipiallıq nümayiş etdirərək sürücü ona yol vermir, qaydalarla sürməyə çağırır. Çox keçmir ki, nömrəsi 251 olan “Mercedes” markalı digər minik maşını da eyni hərəkəti edir və çətinliklə qarşılaşan kimi yol istəyir. Sürücünün yol verməyəcəyini görən taksi – “Mercedes” yol hərəkəti qaydalarını daha da kobudcasına pozaraq əks yola çıxır.

Videonu izləyə bilərsiniz.

 

Fuad

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh