Yanacaqdaşıyan avtomobil aşdı; yol bağlandı

Qəzalar 27 Aprel 2014 23:18 Oxunub 1724
Yanacaqdaşıyan avtomobil aşdı; yol bağlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mercedes” markalı avtomobil ZİL markalı, ağır tonnajlı yanacaqdaşıyan yük maşını ilə toqquşub

Yardımlı rayonundabaş verənqəzadayanacaqdaşıyanmaşınaşıb. Hadisə günortasaatlarındarayonunDəryalarkəndiərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olanMercedesmarkalı avtomobil«Zil» markalı, ağırtonnajlı yanacaqdaşıyanyükmaşını ilə toqquşub. Nəticədə «Zil» aşıb. Xoşbəxtlikdən maşındakı yanacaq yerə tökülməyib. Hadisə yerinə dərhal rayonun hüquq-mühafizə orqanlarının, həmçinin Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları və yanğınsöndürən maşın cəlb olunub. Onların səyləri ilə zəruri qabaqlayıcı tədbirlər görülməklə hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısı alınıb.

FHN hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: "Yardımlı rayonu, Köryədi kəndində vətəndaşlara məxsus "Mercedes" markalı minik avtomobili və "Zil" markalı yanacaq daşıyan yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilaetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yük avtomobiliin aşdığı və yanacağın ətrafa dağıldığı məlum olub. Yanğın bölmələri yanğın təhlükəsiziliyini təmin etmək məqsədi ilə hadisə yerində soyutma işləri aparıb və dağılmış yanacaq yuyulub".

 

Nurlan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh