Kim yol verməlidir? – SUALIN DOĞRU CAVABI

Yarışma 11 Noyabr 2014 21:51 Oxunub 4406
Kim yol verməlidir? – SUALIN DOĞRU CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalibin adını təqdim edir. Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov tərəfindən tərtib olunan və «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim edilən sual belədir:

Kim yol verməlidir?

A) Avtomobil sürücüsü;

B) Velosipedçi;

C) Bu vəziyyət qaydalarla tənzimlənmədiyindən sürücü və velosipedçi öz aralarındakı razılığa uyğun hərəkət etməlidirlər.

Əvvəlcə suala oxucular tərəfindən verilən cavabları təqdim edirik. 

 

Terane - Birinci velesobetci kecmelidir cunki yol onudur yol isareleride bunu gosderir

 

Amina - A Avtomobil sürücüsü;

 

Cefer - Avtomobil surucusu

 

Natiq - A - çünkü Yol hərəkəti haqqında Qanunun 46-cı maddəsinin III hissəsinə əsasən yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped və moped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Şəkildə isə velosiped zolağı yol ayrıcında avtomobil yolu ilə kəsişir ki, bu halda da hərəkət ardıcıllığı adi qaydada olmalıdır, yəni sağdakı nəqliyyat vasitəsinə yolverilməlidir.

 

Asif Baqirov - A. Avtomobil sürücüsü yol verməlidi

 

Elçin -A Avtomobil sürücüsü;

 

Elmin Baxshiyev  - B varyanti duzgundu

 

Emin Abbaszade - A varianti

 

Qadji Ev - 1.15 nişanlanma xətti velosiped zolağının yolun hərəkət hissəsi ilə kəsişdiyi yeri göstərir.Yolayrıcından kənarda belə nizamlanmayan kəsişmələrə yaxınlaşan velosipedçilər və moped sürənlər yolda hərəkət edən NV-ə yol verməlidirlər. Bu şəkildədə göründüyü kimi Velosipedçi yol verməyə borcludur cavab B variantı.

 

Fuad Abışev - Avtomobil surucusu

 

Mehdiyev Farhad - B varianti

 

Leyla Hesenova - A variantı

 

Xaqani İbisov - Avtomobil sürücüsü

 

Rufat Hasanov - Cavab A

 

Sualın doğru cavabı isə belədir: Şəkildə yolayrıcından kənarda velosiped yolunun (zolağının) ümumi yolla kəsişməsi verilib (şəkildəki 1.22 nişanı belə kəsişmə yeri barədə xəbərdarlıq edir). «Yol hərəkəti haqqında” Qanunun 46-ci maddəsinin III hissəsinə əsasən,  yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped və moped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Bu vəziyyətdə velosipedçi avtomobilə yol verməlidir.

Beləliklə, ötən həftənin sualına verilən cavablardan yalnız ikisi doğru cavab idi. Ən tez və dolğun cavabı isə Qadji Ev soyadlı oxucumuz verib. Onu təbrik edirik. «Repsol» yağlarından 20 manatlıq hədiyyənə əldə etmək üçün 055 335 15 59-a zəng etmək xahiş olunur.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

HAMLET 10 Noyabr 2014 22:55
B velospedci yol vermelidir
Asif 10 Noyabr 2014 22:55
Variant B velosiped yol vermlelidir orda nisanda var hemdeki mawin maqistralda hereket edir avtomobil ancaq piyadalara yol vermelidir
Terlan 10 Noyabr 2014 22:55
Birinci velosipedçi keçmelidir. NiyeÇünki Yol Hereket Nişanı gösterir kiii, yol velosipedçinindirrr...