İşıqfor işləmir - Piyada və sürücülər üçün təhlükə - FOTO

Öyrənək 2 İyun 2017 01:59 Oxunub 2790
İşıqfor işləmir - Piyada və sürücülər üçün təhlükə - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aidiyyatı qurumlar hələlik tədbir görməyib

Dünən axşam saatlarında Bakı şəhəri, Mətbuat prospekti ərazisində yerləşən işıqfor piyadalara təhlükə yaradıb. Avtosfer.az sherg.az-a istinadən xəbər verir ki, həmin ərazidə Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən işıqfor işləmədiyinə görə piyadalara və avtomobillərə təhlükə yaradıb. Belə ki, işıqforun işıqları yanmadığından sürücülər yolu keçir və piyada keçidi olduğu halda dayanmır. Çarpaz yoldan prospekt istiqamətinə hərəkət edən avtomobillər isə qəza təhlükəsi ilə üzləşir.

Xatırladaq ki, aidiyyatı qurumlar problemin aradan qaldırılması istiqamətində hələlik tədbir görməyib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh