Dünyanın ən tüklü avtomobili – VİDEO

Maraqlı 13 Noyabr 2014 16:09 Oxunub 2020
Dünyanın ən tüklü avtomobili – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəlisov bərbər avtomobilin hər yerini tüklə örtərək "Ginnesin Rekordlar" kitabına düşüb

Qadın bərbərin sözün əsl mənasında avtomobilinin başına açdığı oyun görənləri heyrətləndirib. Belə ki, dəlisov bərbər avtomobilinin hər yerini tüklə örtərək "Ginnesin Rekordlar" kitabına düşməyi bacarıb. Avtosfer.az-ın azadxeber.az-a istinadən verdiyi məlumata görə, iki gündən artıq müddətə avtomobilini insan tükü ilə bəzəyən Mariya Mugno adlı bərbər 20 kiloqram saç istifadə etdiyini açıqlayıb. 44 yaşlı italiyalı qadının avtomobilini görənlər böyük zövq alıblar. Qanadları açıq bir kəpənəyə bənzəyən avtomobilin dizaynını Valentino Stassano hazırlayıb. Daxili və xarici tamamilə saçla örtülən avtomobilin satış qiyməti ilkin olaraq 60 min funt-sterlinq civarında müəyyənləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh