Lənkəranda qəza: 2 yaralı

Qəzalar 28 Aprel 2014 17:35 Oxunub 1712
Lənkəranda qəza: 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Güclü zərbə nəticəsində hər iki avtomobil ciddi zədələnib

Lənkəranda 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 25 yaşlı Mustafa Elşad oğlu Əliyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan və şəhər sakini, 35 yaşlı Nizami Rafiq oğlu Sadıqovun idarə etdiyi “Opel” markalı minik maşını ilə toqquşub. Güclü zərbə nəticəsində hər iki avtomobil ciddi zədələnib, sürücülər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh