Əzrayıldan yaxa qurtaran 10 ən şanslı insan - VİDEO

Avtoreyd 15 Noyabr 2014 02:00 Oxunub 7363
Əzrayıldan yaxa qurtaran 10 ən şanslı insan - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ehtiyyatı əldən vermək olmaz, taleyin qiyməti isə öz yerində…

«Əcəli tamam olmayan insanlar və ya qəzadan son anda qurtuluş». Bəli, bu videomaterialın adını belə qoymaq olar. Avtosfer.az-ın məlumatına görə, bu kadrlarda izlədiyiniz görüntülər dünyanın qəzalardan və ya qəza şəraitindən sağ-salamat qurtulan 10 ən şanslı insanı ilə bağlıdır. Bunların hamısı bir növ yol hərəkəti ilə bağlı olduğu üçün oxucularla bölüşmək qərarına gəldik. Kimsə bəzən qəza baş verəndən sonra düşünür ki, «elə olmasaydı, belə olardı» və sair. Amma reallıq odur ki, qismətdən artıq yemək olmaz. Düzdür, kimsə gedib özünü qatarın altına atacaqsa, yəqin ki, sağ çıxmayacaq. Amma bu görüntülərdə onu görürük ki, bəziləri saniyənin yüzdə biri qədər gecikmiş olsaydı çoxdan o dünyalıq olmuşdu. Hər halda, ehtiyyatı əldən vermək olmaz. Taleyin qiyməti isə öz yerində…

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh