“Sürən oğlan”ın yeni görüntüləri yayılıb - VİDEO

Avtosfer TV 22 İyun 2017 09:26 Oxunub 18791
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi bu sürücünü tutsa vay halına 

Bir müddət əvvəl şəhərin müxtəlif küçə və prospektlərində manevr qaydalarını kobud şəkildə pozaraq sağa və sola yüksək sürətlə hərəkət edən sürücünün videosunu yaymışdıq. Şərti olaraq “sürən oğlan” adlandırdığımız “qəhrəman” sürücünün əməlləri deyəsən özünə yamaca xoş gəlib. Təkrar-təkrar qaydaları pozan sürücü son mənzilə tələsən kimi görünür. Fərq odur ki, o özü ilə günahsız başqa birini də aparmaq istəyir. Bu dəfə isə onun ünvanı şəhərin ən intensiv avtomobil axını olan yerlərindən biri Heydər Əliyev prospektidir. 

Yəqin ki, bu görüntülər əsasında yol polisi bu avtoxuliqanı taparaq ciddi şəkildə cəzalandıracaq.

Avtosfer.az videonu təqdim edir:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh