Ustaya getmədən avtomobildəki nasazlığı biləcəyik - VİDEO

Texnologiya 18 Noyabr 2014 02:16 Oxunub 2769
Ustaya getmədən avtomobildəki nasazlığı biləcəyik - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərin işi asanlaşır; ustaya getmədən hər şeydən xəbəriniz olacaq

Avtomobili aparırsan ustaya, usta maşının bir çox hissələrində nasazlığın olduğunu deyir. Sürücü də əlacsız qalıb həmin hissələri dəyişdirir. Nəticədə bu, sürücü üçün həm vaxt itkisi, həm də maddi ziyan deməkdir. Artıq bu problem həllini tapır. Azərbaycanda nəqliyyat vasitələrinin onlayn diaqnostikası sistemi yaradılır. Yəni sürücü avtomobilinin hansı hissəsində nasazlığın yarandığı barədə ustaya getmədən xəbəri olacaq. Sürücü ustaya getmədən avtomobilində yaranmış nasazlığı öyərənə biləcək. Nəqliyyat vasitələrinin onlayn diaqnostikası sistemi yaradılacaq. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaiti hesabına hazırlanan layihə kiçik bir cihaz yəni "CarDoctor" sistemi vasitəsi ilə həyata keçriləcək.

Layihənin rəhbəri Azər Əliyev bildirib ki, ”CarDoctor" lahiyəsi internet şəbəkəsi üzərindən avtomobili diqnostika edən bir cihazdir: «Yəni sürücünün avtomobilində baş verən nasazlığı barədə xəbəri yoxdursa ona sms və ya email vasitəsi ilə məlumat veriləcək».

Azər Əliyevin sözlərinə görə sistem avtomobillərini bahalı diaqnostika mərkəzlərinə apara bilməyən insanlar üçün də səmərəli olacaq. İlkin mərhələdə sürücülərə qurğuların iki modeli "CarDoctor plus" və "CarDoctor -Pro" təqdim ediləcək. "CarDoctor plus" qurğusu yalnız avtomobilin diaqnostikasını aparmağa imkan verən ilkin versiyadır, "KaDoktor-Pro" peşəkar versiyasının funksiyaları isə geniş olacaq ki, bu da yalnız avtoservis xidmət mərkəzləri üçün nəzərdə tutulub.

Azər Əliyev: “Burada qiymətə gəldikdə "CarDoctor plus" 25-30 manat, digər kadoktor pro isə biraz bahalı olacaq ona görə ki, onda wifi sistemidə olacaq”.

Layihə çərçivəsində "qaynar xətt"də fəaliyyət göstərəcək ki, avtomobil sahibini maraqlandıran texniki məsələlər üzrə pulsuz məsləhətlər almaq mümkün olsun. Həmin cihaz əvvəlcə xaricdə idxal ediləsə də gələcəkdə Azərbaycanda hazırlanacaq.Gələn il sınaqdan keçiriləcək cihazın kütləvi satışı sınaqdan asılıdır.  xezerxeber.com

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Rasim 10 Noyabr 2014 22:55
Qİymət intervalın çox baha qoyublar. Autel Maxiscan MS300 adlı cihaz var ki, olduqca yüksək reyqinqə malikdir və keyfiyyətli də yoxlama aparır. Onun hələ xaricdən Azərbaycana gətirilməsi 13-14 manatdan baha başa gəlmir. Mən qeyd etdiyim cihazdan istifadə edirəm və çox razıyam. Daha ilkin versiyada olacaq bir cihaz üçün 25-30 manat müəyyənləşdirmək sürücüləri şirnikləşdirərək soyğunçuluq etməkdən başqa bir şey deyil.