Bakıda ekologiyanı korlayan sərnişin avtobusu - VİDEO

Avtoreyd 19 Noyabr 2014 08:49 Oxunub 1932
Bakıda ekologiyanı korlayan sərnişin avtobusu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun qanuni cəriməsi 150 manatdır, vurduğu ziyanın həcmi isə qat-qat artıqdır

Bu videonu Avtosfer.az-ın əməkdaşı noyabrın 18-də, saat 15:45 radələrində Suraxanı rayonu ərazisində çəkib. Kadrlardan görünür ki, 208 saylı marşrut üzrə hərəkət edən, 10 TG 601 dövlət nömrə nişanlı avtobus qara tüstü buraxır.

Başqa maşınlar bir yana, sərnişin avtobusunun bu vəziyyətdə xəttə buraxılması həm sürücünün, həm də avtobusun məxsus olduğu şirkətin cəzalandırılmasına şərait yaradır. Bu halda sürücü 150 manat cərimə olunursa, onun vurduğu ziyanın həcmi qat-qat artıqdır. Təsəvvür edin ki, bu avtobus hərdən qara tüstünü elə gur buraxır ki, arxadan gələn maşınların sürücüləri 5 metr irəlini görmürlər.

Sürücünü başa düşdük, bəs, bu marşrutun sahibi hara baxır? Aidiyyatı qurumlar – Nəqliyyat Nazirliyi, Dövlət Yol Polisi bu cür nəqliyyat vasitələrinin sərnişindaşıma işinə cəlb olunmasına necə göz yumur? İnanırıq ki, onlar bu görüntüləri izlədikdən sonra həmin avtobus xətdən kənarlaşdırılıcaq və istismarı qadağan olunacaq. Onsuz da ekoloji cəhətdən ciddi problemləri olan Suraxanıda bu cür avtomobillərin hərəkəti vəziyyəti daha da ağırlaşdırır.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh