Statistika dairəsində gülməli svetafor: həm yaşıl yanır, həm qırmızı - VİDEO

Avtobazar 29 Aprel 2014 11:39 Oxunub 2160
Statistika dairəsində gülməli svetafor: həm yaşıl yanır, həm qırmızı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «DSK-nın qarşısında nəqliyyatın hərəkətinə mane olan işıqforlardan daha çox mövcud dairədir»


Şəfa Mehmanqızı: «Nəqliyyatın İntellektual İdarəetmə mərkəzi yalnız nəqliyyatın hərəkət siqnallarını tənzimləyir»


Paytaxt yollarında tıxacların qarşısının alınması istiqamətində görülən tədbirlərə baxmayaraq, hələ də bunu etmək mümkün olmayıb. Bir çox hallarda isə bunun səbəbi hərəkətin normal təşkil edilməməsidir. Belə ərazilərdən biri də Dövlət Statistika Komitəsinin qarşısıdır. Daim hərəkət sıxlığı olan həmin yolda günün istənilən vaxtında tıxac olur. Maraqlıdır ki, bir çox hallarda həmin yolda hərəkəti tənzimləmək üçün xidmət aparan Dövlət Yol Polisi əməkdaşları da tıxacların qarşısını almaqda çəitinlik çəkir. Ərazidə müşahidə apardıqda isə hərəkətin tənzimlənməsində əsas maneələrdən biri kimi  İnşaatçılar prospektindən Dövlət Statistika Komitəsi istiqamətinə hərəkət etdikdə bir-birindən təxminən 10-15 metr məsafədə qoyulan işıqforlar olduğu bildirilir. Belə ki, həmin istiqamətdə birinci işıqforda dayanan sürücü hərəkətə başladıqdan 15 metr sonra yenidən dayanmalı olur. Maraqlıdır ki, bu qədər yaxın məsafədə iki işıqforun yerləşdirilməsi nə dərəcədə zəruridir?

Məsələyə münasibət bildirən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının sözlərinə görə, həmin yolda hərəkəti tənzimləmək çox çətindir: «Həmin yolda bir neçə yol kəsişir. Yolda hərəkətin işıqforla tənzimlənməsinin çətin olmasını nəzərə alıb, Daxili İşlər Nazirliyinə müraciət edilib. Razılıq əsasında həmin yolda sarı döyünən işıq tətbiq olunub. Həmçinin, nəqliyyatın hərəkətinin intensiv olduğu vaxtda dövlət yol polisi əməkdaşları ərazidə xidmət apapır. Dövlət yol polisi əməkdaşlarının iştirakı ilə hərəkət tənzimlənir».

Ərazidə olan işıqforların yerləşdirilməsinə gəlincə Ş.Mehmanqızı bununla bağlı araşdırma aprılmasına ehtiyac olduğunu bildirdi: «Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yalnız nəqliyyatın hərəkət siqnallarını tənzimləyir. Əgər həmin işıqforların yerləşdiiriliməsi ilə bağlı təkliflər olsa, bununla bağlı biz də müvafiq qurumlara müraciət edə bilərik. Amma həmin iışıqforların quraşdırılması işini biz həyata keçirmirik».

Məsələyə münasibət bildirən ekspert Ərşad Hüseynov isə deyir ki, işıqforların yerləşdirilməsi hərəkətin tənzimlənməsindən asılıdır: «Əgər zərurət yaranarsa, nəqliyyatın hərəkətininin normal təşkili üçün yaxın məsafələrdə də işıqfor qoyula bilər. Dövlət Statistika Komitəsinin qarşısı isə şəhərdə ən qarışıq yollardan biridir. Həmin yolda təxminən 5 yol kəsişir. Müşahidələr göstərir ki, həmin yolda nəqliyyatın hərəkətinə mane olan işıqforlardan daha çox mövcud dairədir. Həmin dairənin olması nəqliyyatın hərəkətinə ciddi maneə yaradır. Yaxşı olardı ki, həmin dairə yığışdırılaraq əvəzində ciddi araşdırma aparılıb əlavə işıqforlar qoyulsun. Bu halda həmin yolda nəqliyyatın hərəkətini tənzimləmək olar».

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh