Bu nişanlar nəyi ifadə edir? – SUALIN DOĞRU CAVABI

Yarışma 24 Noyabr 2014 14:59 Oxunub 2163
Bu nişanlar nəyi ifadə edir? – SUALIN DOĞRU CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalibin adını açıqlayır. Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov tərəfindən tərtib olunan və «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim edilən sual yol hərəkəti qaydaları üzrə bilikləri sınamaq üçün hazırlanıb və yol nişanlarının mənaları və tətbiqi xüsusiyyətləri ilə bağlıdır. Sual belədir: 

Şəkildə gördüyünüz nişanlar nəyi ifadə edir?

A) Nişanlar qoyulan nöqtədən 20 metr məsafədə sağa döngə var və həmin istqamətdə qabaqda şlaqbaumsuz çoxxətli dəmiryol keçidi var;

B) Nişanlardan sonrakı yolayrıcında sağa doğru hərəkət etdikdə eni 20 metr olan  şlaqbaumsuz çoxxətli dəmiryol keçidi var;

C) Nişanlardan sonrakı yolayrıcından sağa döndükdən sonra 20 metr məsafədə şlaqbaumsuz çoxxətli dəmiryol keçidi var.

 

Suala verilən cavablar aşağıdakı kimidir:

 

Emin - Bu nişan göstərir ki, sağ tərəfdə 20 metrdən sonra çox xətli dəmir yolu ilə kəsişmə barədə xəbərdarlıq edir.

Zahir - Düzgün cavab C variantıdır

Movlud - B

Vusal Imanov - Birinci nisan 1.3.2 Çoxxətli dəmir yolu nisanidir.Aşağıdakı nişan ise 7.1.3 Obyektə qədər məsafə nisanidir.Deməli cavab C Nişanlardan sonrakı yolayrıcından sağa döndükdən sonra 20 metr məsafədə şlaqbaumsuz çoxxətli dəmiryol keçidi var.

Elcin Mustafayev - Cavab A variantidir .Çünki diger variantlarda demiryol kecidinin 20 metr oldugu qeyd edilib. duzgun cavab A variantidir

Elvin Atakiwiyev - C varianti

Kenan Quliyev - Düzgün cavab C variantıdır.

 

Sualın doğru cavabı isə belədir: Şəkildə 1.3.2 “Çoxxətli dəmiryol” xəbərdarlıq nişanı və onunla birlikdə 7.1.3 “Obyektə qədər məsafə” lövhəciyi verilmişdir. 1.3.2 nişanı şlaqbaumsuz çoxxətli dəmiryol keçidlərində svetoforla bir dayaqda, svetofor olmadıqda isə keçidə ən azı 20 metr qalmış qoyulur. Bu şəkildəki 7.1.3 lövhəciyi isə 1.3.2 nişanının ifadə etdiyi obyektin sağa dönən istiqamətdə 20 metr məsafədə olduğunu bildirir. Deməli, sualın doğru cavabə “C” variantı olacaq: Nişanlardan sonrakı yolayrıcından sağa döndükdən sonra 20 metr məsafədə şlaqbaumsuz çoxxətli dəmiryol keçidi var. Beləliklə də, ilk olaraq doğru və geniş cavabı verdiyi üçün ötən həftinin qalibi Emindir. Onu təbrik edirik və «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59 nömrəsinə zəng etməsini xahiş edirik.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh